Sahə vahidlərinin çevrilməsi

Çevrilmə Nəticəsi
Daxil edilən dəyər Alınan nəticə
0 0

Sahə ölçü vahidləri və onların çevrilməsi qaydaları

Tikinti ərazilərinin, fərdi evlərin, binaların və digər tikinti obyektlərinin sahələrinin ifadə olunması üçün kvadratmetr sahə ölçü vahidindən istifadə olunur. Kvadratmetr m² şəklində yazılır.

Bundan əlavə, nisbətən böyük torpaq sahələrinin ölçüsünü göstərmək üçün ar sahə ölçü vahidindən istifadə olunur. 1 ar (xalq arasında həmçinin sot kimi tanınır) 100 kvadratmetrə bərabərdir. Məsələn, uzunluğu 40 metr və eni 20 metr olan torpaq sahəsi 8 ara (sota) bərabərdir.

Hektar daha böyük torpaq sahələrinin ifadə olunması üçün istifadə olunan sahə ölçü vahididir. Bir hektar (ha) 10,000 kvadratmetrə və ya 100 ar-a bərabərdir.